MDB
Ekspert Türkiyədə növbəti zəlzələnin VAXTINI AÇIQLADI
“Növbəti həftələrdə Türkiyədə yenidən zəlzələ baş verə bilər”.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın fizika-riyaziyyat elmləri doktoru Sergey Pulinets proqnoz verib.
Onun sözlərinə görə, təkanlar daha az nəzərə çarpacaq, lakin onlar yeni qurbanlara və yaralılara səbəb ola bilər.
“Şübhəsiz ki, yaxın gələcəkdə biz yeni zəlzələnin afterşoklarının şahidi olacağıq. Üstəlik, yaxın bir neçə həftə ərzində Türkiyənin cənub-şərqində yeni sarsıntılar gözlənilir. Düzdür, təkanlar daha az nəzərə çarpacaq. Lakin bu, yeni qurbanların və zərərçəkənlərin olma ehtimalını inkar etmir”, - deyə Pulinets bildirib.
Xatırladaq ki, ötən gün Türkiyənin cənub-şərqində iki yeni zəlzələ baş verib. Seysmoloqların sözlərinə görə, təkanların maqnitudası 6,4 və 5,8 bal olub, onlar 17 dəqiqəlik fasilə ilə baş verib. Yeraltı təkanlar Misir, İsrail, Kipr, Livan və Suriyada da hiss olunub. Son məlumatlara görə, Türkiyədə son zəlzələdə 6 nəfər ölüb, 300-dən çox insan yaralanıb.
Geoloq, İstanbul Universitetinin professoru Okan Tüysüz iddia edib ki, bu zəlzələ fevralın 6-da baş verən dağıdıcı təsirdən sonra afterşok olmayıb; qırılma xəttində müstəqil təkan olub. Alim gələcəkdə oxşar gücdə yeni zəlzələlər ola biləcəyi barədə xəbərdarlıq edib. ("Oxu")
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO
-
MDB22 Noyabr 21:51
Bu şəxslər Rusiya vətəndaşlığından məhrum ediləcəklər - Sabahdan...
-
Region22 Noyabr 21:39
Ermənistanda Azərbaycana işləyən “casus”a bu cəza verildi
-
Art22 Noyabr 21:27
33 ilin direktoru işdən azad edildi
-
Dünya22 Noyabr 20:45
Terror aktı törətməyə hazırlaşırdı, həbs olundu - FOTO