Rusiyada DƏHŞƏT YAŞANIR: 20-dən çox ev yanıb külə döndü - VİDEO
Bizi izləyin

MDB

Rusiyada DƏHŞƏT YAŞANIR: 20-dən çox ev yanıb külə döndü - VİDEO

Rusiyanın Sverdlovsk vilayətinin Tayojnı qəsəbəsində baş verən yanğınlar nəticəsində onlarla yaşayış binası külə dönüb.

Publika.az xəbər verir ki, bu barədə "Turinsk LIVE" "Telegram" kanalı məlumat yayıb.

Hazırda bağlar yanır, alov yaşayış binalarına çatmaq üzrədir.

Yanğının söndürülməsi üçün gətirilən helikopter və yanğınsöndürmə qatarı bu yanğının öhdəsindən gələ bilmir.

“21 yaşayış evi yanıb. 27 nəfər, o cümlədən 3 uşaq təxliyə olunub”, - Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Sosva və Krasnoturinskdə çox çətin vəziyyət yaranıb.

Bütün Sverdlovsk vilayətində yanğınların söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin, Aviasiya Meşə Mühafizəsinin və könüllü yanğınsöndürmə briqadalarının 300-dən çox əməkdaşı cəlb olunub. Yanğınların səbəbləri ilə bağlı bir neçə versiya üzərində iş aparılır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm