Bu türk dövlətində çevrilişə cəhd edən şəxs FETO-çu çıxdı
Bizi izləyin

MDB

Bu türk dövlətində çevrilişə cəhd edən şəxs FETO-çu çıxdı

Qırğızıstanda dövlət çevrilişinə hazırlaşarkən saxlanılanların FETO ilə əlaqəsi olduğu iddiası güclənir. Məlum olub ki, həbs olunan Gülçigit İsakov FETO adından fəallıq nümayiş etdirib və Türkiyəni hədəf alan təşəbbüsləri olub.

Publika.az xəbər verir ki, “Yenisafak”ın xəbərinə görə, tutulanların FETO-ya yaxınlığı ilə tanınan keçmiş prezident Almazbek Atambayevlə qohum olduqları üzə çıxıb.

Atambayev Türkiyənin FETO-nun dövlət çevrilişi edə biləcəyi xəbərdarlığını “absurd” adlandırmışdı. “Yeni Şafak” ötən il təhsil və elm naziri Almazbek Beyşənəliyevin FETO ilə əlaqələrini üzə çıxarıb. Məlum olub ki, Qırğızıstanda keçirilən əməliyyatda yaxalanan şübhəlilərdən Gülcigit İsakov Beyşenəliyev vasitəsilə Türkiyə əleyhinə lobbiçilik fəaliyyəti aparırmış.

Bildirilib ki, Qırğızıstanda keçirilən əməliyyatlar zamanı 30-dan çox adam saxlanılıb, ideoloji ilhamın əsas təşkilatçısı və qaynağı olmaqda qərarlı olan Eldik Keneş (Xalq Məclisi) Partiyasının sədri Roza Nurmatova da daxil olmaqla 4 fəal həbs edilib. 31 may 2022-ci il tarixində Qırğızıstan-Türkiyə “Manas” Universitetində qırğızları FETO-ya qarşı xəbərdar etmək üçün keçirilən “Paralel dövlət quruluşu” adlı seminar bu fəallardan Gülcigit İsakovu da narahat edib.

FETO-nun öz ölkələrində “terror təşkilatı” olmadığını iddia edən qondarma fəal Türkiyəni “daxili işlərinə qarışmaqda” günahlandırıb və Türkiyənin səfiri Əhməd Sadık Doğana qarşı istintaqa başlanılmasını istəyib. İsakov FETo-cu nazir Beysenəliyevə ərizə yazıb və Xarici İşlər Nazirliyindən Ankaraya sanksiya tətbiq edilməsini istəyib.

Aydan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm