PUA hücumu nəticəsində ölən 4 yaşlı qız bu jurnalistin övladı imiş
Bizi izləyin

MDB

PUA hücumu nəticəsində ölən 4 yaşlı qız bu jurnalistin övladı imiş

Dron hücumu nəticəsində ölən 4 yaşlı qızın atası "Sputnik"in jurnalisti olub.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Belqorod şəhərinə təşkil edilən PUA hücumu nəticəsində xəsarət alanlardan biri də "Sputnik"in Əfqanıstan redaksiyasında çalışan 29 yaşlı Xaybar Akifidir.

Məlumata görə, hadisə zamanı jurnalistin 4 yaşlı qızı, qayınatası və qayınanası həlak olub. Özü və yoldaşı, filologiya elmləri namizədi Olesya Akifi isə xəstəxanaya yerləşdirilib. Onlar hazırda reanimasiyadadırlar.

Mehti Kamiloğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm