MDB
Lukaşenko hərbçilərə icazə verdi: mülki vətəndaşlara atəş açın
Belarusda hərbçilər vətəndaşlara qarşı silah tətbiq etmək hüququ alıblar.
Publika.az xəbər verir ki, bu hüquq Aleksandr Lukaşenkonun Silahlı Qüvvələrin Daxili Xidmətinin Nizamnaməsinə daxil etdiyi dəyişikliklərdən sonra qüvvəyə minib.
Xüsusilə, nizamnamənin 11-ci maddəsinin dəyişdirilməsi diqqət çəkir. Yeni versiyaya görə, hərbi qulluqçuların vətəndaşlara qarşı fiziki güc və silah tətbiq etmək hüququ var. Vətəndaş xəsarət aldıqda və ya öldükdə bu barədə prokurora, habelə ibtidai istintaq orqanına dərhal məlumat verilir, lakin silahdan “ümumi hərbi qaydanın tələblərinə uyğun olaraq istifadə edildiyi təqdirdə, vurulmuş zərərə görə hərbi qulluqçu məsuliyyət daşımır”, - sənəddə deyilir.
Nizamnamədə əvvəllər qeyd edilirdi ki, “hərbi qulluqçular tərəfindən səlahiyyət həddini aşaraq fiziki qüvvədən, xüsusi vasitələrdən, silahlardan, hərbi və xüsusi texnikadan istifadə edilməsi qanunvericilik aktları ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur”.
Tural
-
Ekologiya08:40
Yağıntılı hava şəraiti bu tarixədək DAVAM EDƏCƏK
-
MDB08:36
Rusiyada GÜCLÜ VULKAN - Aviaşirkətlərə xəbərdarlıq edildi
-
Magazin208:24
Mükafatı övladlarından aldı, AĞLADI - FOTO
-
Sağlamlıq07:47
Bədənin ağır işə qarşı "üsyanını" necə yatırmaq olar - Həkimdən XƏBƏRDARLIQ
-
Ekologiya07:17
Bakıda yağış yağacaq, külək əsəcək - Bu günün HAVASI
-
Region06:16
Suriya məsələsi ANKARANIN GÜNDƏMİNDƏ - Fidan təzəlikcə kimlərlə danışıb?
-
Magazin203:43
Teleserial ulduzu alt paltarsız poza verdi - FOTO
-
Cənubi Qafqaz01:41
Gürcüstanın parlament binasına FİŞƏNG ATILDI