Kiyev etiraf etdi: Maskı belə küsdürüblər
Bizi izləyin

MDB

Kiyev etiraf etdi: Maskı belə küsdürüblər

Ukraynanın keçmiş sosial siyasət naziri Andrey Reva bildirib ki, ukraynalılar amerikalı iş adamı İlon Maska göstərdiyi köməyə görə təşəkkür etmək əvəzinə, onu qınayıblar.

Publika.az xəbər verir ki, Reva bu barədə jurnalist Aleksandr Şelestlə söhbətində deyib.

“Mask Ukraynanın yox, Amerika Birləşmiş Ştatlarının vətəndaşıdır. O, əslində deyə bilərdi: "Sənə heç bir borcum yoxdur", - Reva qeyd edib.

O aydınlaşdırıb ki, amerikalı sahibkar Ukrayna münaqişəsinin ən çətin anında Kiyevə kömək edib. Maskın şirkəti Kiyevi “Starlink” peyk internet terminalları ilə təmin edib.

Keçmiş nazirinin sözlərinə görə, Pentaqonun bundan imtina etməsindən sonra Mask terminalların istismarı üçün ödənişi davam etdirməyə razılaşıb.

“Mask bu münaqişənin hansı nəticələrə səbəb ola biləcəyi barədə danışmağa başlayanda cavab olaraq nə eşitdi? Ukrayna sakinləri onun əclaf olduğunu dedilər və onu “kifayət qədər” kömək etməməkdə günahlandırdılar”, - Reva vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm