Rusiyada mindən çox ev su altında qaldı
Bizi izləyin

MDB

Rusiyada mindən çox ev su altında qaldı

Son 24 saat ərzində Orenburqda mindən çox ev və iki minə yaxın şəxsi torpaq su altında qalıb

Publika.az xəbər verir ki, bu barədə şəhər administrasiyası rəhbərinin birinci müavini Aleksey Kudinov məlumat verib.

O əlavə edib ki, suyun səviyyəsinə görə yolların bağlanan hissələrində hərəkətə başlamaq hələlik mümkün olmayacaq.

Xatırladaq ki, aprelin 5-də Orskda şəhəri Ural çayından qoruyan bənd partlayıb. Bir gün sonra bənd başqa yerdən qırılıb. Aprelin 7-də səhər saatlarında su Orenburqa çatıb və orada sakinlərin təxliyəsi başlayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm