Moskvada motosikletçini öldürən Şahin Abbasov SAXLANILDI
Bizi izləyin

MDB

Moskvada motosikletçini öldürən Şahin Abbasov SAXLANILDI

Moskvanın Lyublino rayonunda baykerin qətlində şübhəli bilinən 21 yaşlı azərbaycanlı Şahin Abbasov saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Moskva prokurorluğu məlumat yayıb.

İstintaq Komitəsinin Moskva üzrə idarəsinin məlumatına görə, o, digər iki şəriki ilə birlikdə Rostov vilayətində saxlanılıb.

“Yaxın vaxtlarda məhkəmə prokurorun iştirakı ilə şübhəli şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə baxacaq”, - prokurorluğun açıqlamasında bildirilir.

Rusiya İstintaq Komitəsi bildirir ki, yaxın vaxtlarda o, paytaxt İstintaq Komitəsinin şöbəsinə təhvil veriləcək və orada müstəntiqlər onu dindirməyə başlayacaqlar. Şübhəlinin iki şəriki də komitənin Moskva ofisinə gətiriləcək.

TASS daha əvvəl məlumat vermişdi ki, şübhəli şəxs 21 yaşlı Azərbaycan əsilli Şahin Abbasovdur. Onun atası, dayısı və tanışı barəsində həbs-qətimkan tədbiri seçilənədək şübhəli şəxs qismində saxlanılıb. Axtarış zamanı müstəntiqlər şübhəlinin evində 44 milyon rubl tapıblar və 300 min dollar nağd pul aşkarlayıblar.

Xatırladaq ki, hadisə aprelin 17-də Moskvanın Krasnodarskaya küçəsində baş verib. İki gənc maşın saxlamağa görə mübahisə edib. Bayker Kiril Kovalyev 21 yaşlı azərbaycanlı Şahin Abbasova parklanmanın düzgün aparılmamasına görə irad tutub. Mübahisə zamanı ikincisi birincini bıçaqlayaraq qaçıb. Kiril tibb müəssisəsinə yerləşdirilib, lakin sonradan məlum olub ki, o, xəstəxanada dünyasını dəyişib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm