Rusiyada əhaliyə çağırış etdilər: 2-3 uşaq doğmağı dəbə çevirin
Bizi izləyin

MDB

Rusiyada əhaliyə çağırış etdilər: 2-3 uşaq doğmağı dəbə çevirin

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko hesab edir ki, ölkədə iki və ya üçdən çox uşaq dünyaya gətirmək dəb və prestijli olmalıdır.

Publika.az xəbər verir ki, o, "RİA Novosti"yə müsahibəsində bildirib ki, belə ailələrin dəyərini yüksəltmək lazımdır.

“Buna nail olmaq, doğum səviyyəsini stimullaşdırmaq üçün əlavə tədbirlərə ehtiyac var”, - Rusiya parlamentinin yuxarı palatasının sədri bildirib.

Natiq qeyd edib ki, cəmiyyətdə bu “dəyər motivasiyasının” inkişafında digər məsələlərlə yanaşı, media da öz rolunu oynamalıdır.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm