Moskvanın bu hissələrində 2 gün spirtli içki satılmayacaq - SƏBƏB
Bizi izləyin

MDB

Moskvanın bu hissələrində 2 gün spirtli içki satılmayacaq - SƏBƏB

Moskvada 9 May-Qələbə Paradının məşqi və keçirilməsi zamanı mərkəzdə spirtli içkilərin satışı məhdudlaşdırılacaq.

Publika.az xəbər verir ki, bu barədə Moskva Mərkəzi İnzibati Dairəsinin mətbuat katibi Yelena Sedina bildirib.

Onun sözlərinə görə, iki mərkəzi küçədə (Tverskaya və 1-ci Tverskaya-Yamskaya) mağazalar və iaşə obyektləri bağlanacaq.

Məhdudiyyətlər paradın geyim məşqi zamanı 4 may 2024-cü il saat 22:00-dan 5 may saat 13:00-dək, həmçinin parad zamanı - 8 may saat 22:00-dan 9 may 14:00-dək qüvvədə olacaq.

Hərbi texnikanın keçidi olacaq ərazilərdə alkoqollu içkilərin, o cümlədən pivə və az alkoqollu içkilərin, həmçinin şüşə qablarda sərinləşdirici içkilərin satışı tamamilə dayandırılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm