Paşinyan Putinin andiçmə mərasimində iştirak edəcək?
Bizi izləyin

MDB

Paşinyan Putinin andiçmə mərasimində iştirak edəcək?

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək.

Publika.az xəbər verir ki, bu barədə “MediaHub” mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, Ermənistan mahiyyətcə, bir daha göstərmək istəyir ki, müttəfiq kimi Rusiyadan narazıdır.

Saytın mənbəsinin məlumatına görə, Paşinyan yalnız mayın 8-də Avrasiya İqtisadi İttifaqının 10 illiyi ilə bağlı yubiley sammitində iştirak etmək üçün Rusiyada olacaq. Lakin Paşinyan mayın 9-da Qələbə günü ilə bağlı təşkil olunan tədbirlərdə iştirak etməyəcək: bu, artıq Qərbin tələbidir.

Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi mayın 7-də baş tutacaq.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm