MDB
Japarova qarşı təxribat... - Qırğızıstanda nə baş verir?
Sosial şəbəkələrdə Qırğızıstandan qızıl külçə yükünün çıxarılması ilə bağlı yayılan video dövlət rəhbərliyinə qarşı təxribatdır.
Publika.az xəbər verir ki, bu barədə respublikanın Dövlət Milli Təhlükəsizlik Komitəsi məlumat yayıb.
“Yayımlanan məlumatlar həqiqətə uyğun deyil. Milli Təhlükəsizlik Dövlət Komitəsi sosial şəbəkə istifadəçilərini bu faktla bağlı eyhamlar yaymaqdan çəkinməyə çağırır, həmçinin bilərəkdən yalan məlumat yaymağa görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edir”, - məlumatda deyilir.
Kəşfiyyat xidməti videonun hazırlanmasına ölkə hüdudlarından kənarda yerləşən Qırğızıstan vətəndaşlarının cəlb edildiyini bildirib. Sonunculara qarşı əvvəllər də ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə cinayət işi başlanıb.
İdarədən onu da qeyd ediblər ki, destruktiv qüvvələr sosial şəbəkələrdə məqsədyönlü məlumatlandırma işləri aparır, bunun məqsədi yalan məlumatlar yaymaqdır: “Onun məqsədi Qırğızıstan Respublikasının siyasi rəhbərliyi ilə bağlı mənfi ictimai rəy yaratmaqdır. Dağıdıcı qüvvələrin bu cür hərəkətləri respublikanın sabitliyinə və mütərəqqi inkişafına potensial təhlükə yaradır. Həmçinin ictimai-siyasi vəziyyətin gərginləşməsinə səbəb ola, dövlətin təhlükəsizliyinə xələl gətirə bilər”.
Bundan əvvəl internetin Qırğızıstan seqmentində qızıl külçələrlə bağlı video yayılıb. Videoda bu qızılın ölkə prezidenti Sadır Japarov tərəfindən gizli şəkildə ölkədən çıxarılması ilə bağlı şərhlər də yer alır.
Akqabay
-
Dünya03:18
Məşhur vulkan yenidən püskürdü
-
İdman02:00
UEFA Konfrans Liqasının qalibi məlum oldu
-
Qoroskop00:25
Günün qoroskopu: ideyaların reallaşdırılması üçün uğurlu gündür
-
Nida Xəbər 29 May 22:28
Ceyhun Bayramov Pakistanda səfərdədir
-
Magazin229 May 21:52
Kadir İnanır yenidən xəstəxanaya yerləşdirildi
-
MDB29 May 20:50
Qadın ərini öldürmək üçün 4 min manata killer tutdu: Görün nə baş verdi
-
Magazin129 May 20:40
Bəhram Bağırzadənin bu hüququ məhdudlaşdırıla bilər
-
Elm və təhsil29 May 20:32
Müəllimlərə maaşlarla bağlı ŞAD XƏBƏR