Region
Türkiyə "Altay" tankının seriya istehsalına başladı
Türkiyə gələcəkdə ölkə silahlı qüvvələrinin əsas döyüş tankına çevriləcək "Altay" tankının seriya istehsalına başlayıb.
Publika.az "Milliyet"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi Katibliyinin rəhbəri Haluk Görgün bildirib.
"Biz milli "Altay" tankımızın seriya istehsalına başladıq, ondan istifadə etmək istəyən ölkələr var", - deyə o bəyan edib.
Görgün qeyd edib ki, tank müasir döyüş tələblərinə cavab verən, döyüş effektivliyini, sağqalma qabiliyyətini artırmaq üçün zəruri olan bir neçə yeni sistemlə təchiz edilib.
Qeyd edək ki, ümumilikdə, Ankaranın planlarına min döyüş maşınının istehsalı daxildir. Gələcəkdə pilotsuz versiyaların buraxılması planlaşdırılır.
"Altay" Türkiyə Silahlı Qüvvələrində xidmətdə olan Almaniyanın "Leopard" və ABŞ-nin M60 tanklarını əvəz etməlidir.
-
İdman16:42Messi tarixi uğurdan danışdı
-
Digər16:21Uşaq bağçası və xəstəxana vuruldu, 116 nəfər öldü
-
Hadisə14:53Biləsuvardakı qəzada ölən üç gənc eyni kənddə dəfn olundu - FOTOLAR
-
MDB14:31Polisi dişlədi, 2 ilə yaxın həbs cəzası aldı
-
Digər14:21Bu ölkədə hərbi çevriliş oldu
-
İdman14:10"Ayaks"da "Qarabağ"la oyunöncəsi itki
-
Sosial13:50Leyla Əliyeva və Arzu Əliyeva Banqladeş hökumətinin Baş müşaviri ilə görüşdülər
-
Magazin213:30"Eyforiya" serialının ulduzu soyundu - FOTO










.jpg)







.jpg)















.jpg)



