Azərbaycan Basketbol Liqasının qalibi müəyyənləşdi
Bizi izləyin

İdman

Azərbaycan Basketbol Liqasının qalibi müəyyənləşdi

Azərbaycan Texniki Universitetinin idman zalında Azərbaycan Qadınlar Liqasının (AQL) final və 3-cü yer uğrunda görüşləri baş tutub.

Publika.az xəbər verir ki, öncə 3-cü yer uğrunda “Qaradağ” və “Xırdalan” klubları arasında oyuna start verilib. Qarşılaşma “Xırdalan” klubunun 51-49 hesablı çətin qələbəsi ilə yekunlaşıb.

Final görüşündə isə “Neftçi” və “Azstars” klubları üz-üzə gəliblər. Oyunun əvvələrindən üstünlüyü ələ keçirmiş “Neftçi” sonda 93-29 hesablı rahat qələbəyə sevinib.

Final oyununun ən dəyərli qadın basketbolçusu (MVP) “Neftçi” klubundan Angelina İsmayılova seçilib.

Bununla da “Neftçi” ilk pley-offlu sistemdə keçirilən çempionatın ilk çempionu kimi tarixə düşüb. Sonda qaliblər federasiya rəsmiləri tərəfindən kubok və medallarla təltif olunublar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm