Rusiya qarışdı: 30 min miqrantı tutub müharibəyə göndərdilər - Azərbaycanlıları nə gözləyir?
Bizi izləyin

MDB

Rusiya qarışdı: 30 min miqrantı tutub müharibəyə göndərdilər - Azərbaycanlıları nə gözləyir?

Rusiya İstintaq Komitəsinin (İQK) sədri Aleksandr Bastrıkin bildirib ki, Rusiya pasportu almış 30 mindən çox miqrant ölkədə hərbi qeydiyyata alınıb. Onun sözlərinə görə, bunlardan 10 mini cəbhə bölgəsinə göndərilib.

Publika.az xəbər verir ki, bu barədə geniş məqalə Rusiya mətbuatında yer alıb.

Bildirilir ki, Bastrıkin həmçinin əcnəbilərin Rusiya vətəndaşlığını alması ilə eyni vaxtda hərbi qeydiyyata alınmasına çağırıb.

"Bizdən soruşurlar ki, onlar orda nə üçün lazımdır? Yoldaşlar, səngərlər qazın və istehkamlar tikin. Bunun üçün həqiqətən yaxşı, işləyən əllər lazımdır", - deyə Bastrıkin bildirib.

O, əvvəllər orduda iştirakdan imtina etdikləri üçün miqrantları vətəndaşlıqdan məhrum etməyi təklif etmişdi.

"Əgər kimsə Rusiya vətəndaşı kimi hərbi borcu yerinə yetirməyə hazır deyilsə, belə bir şəxsin vətəndaşlıqdan məhrum edilməsi haqda qərar qəbul etmək lazımdır", - Bastrıkin bildirib.

Bundan əvvəl Çelyabinsk vilayətində onlarla miqrant sürücülük vəsiqələri ilə birlikdə hərbi komissarlığa çağırılıb.

Qeyd edilir ki, Rostovşəhərində də Rusiya vətəndaşları gecə klublarında və hostellərdə axtarışa verilib. Orada 35 nəfərin tutulduğu bildirilib. Onların hamısı hərbi komissarlıqlara göndərilib, 22 miqrant isə inzibati məsuliyyətə cəlb edilib.

Materialda bildirili ki, Voronejdə "Fakel" stadionunun tikintisində onlarla miqrant saxlanılıb. Növbə ilə hərəkət edən fəhlələrin əllərini qabaqdakının çiyninə qoymaq məcburiyyətində qalan görüntüləri nümayiş etdirilib. Onları polis və bir neçə kamuflyajlı şəxs müşayiət edib. Qeyd olunub ki, əvvəllər həmin tikinti sahəsində 15 miqranta da çağırış vərəqəsi alıb.

Görünən odur ki, Rusiya ordusunda əsgər çatışmazlığı yaşanır. Ona görə də boşluğu miqrantlar hesabına doldurmaq istyəirlər. Bundan sonra Rusiyadan miqrantların kütləvi axını başlaya bilər. Nəzərə alaq ki, qonşu ölkədə xeyli azərbaycanlı yaşayır. Deməli, Rusiya hökumətinin bu qərarı onlara da təsir edəcək.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm