MDB
Ermənistan KTMT-nin “Kobalt-2024” təlimlərində iştirak etməyəcək
Ermənistanın adı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) avqustun 14-dən 16-dək Novosibirskdə keçiriləcək “Kobalt-2024” təlimlərində iştirak edən ölkələrin siyahısında yoxdur.
Publika.az xəbər verir ki, iştirakçıların siyahısını Rusiya Milli Qvardiyasının “Telegram” kanalı dərc edib.
“Üç gün ərzində Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Tacikistan və Qırğızıstan respublikalarının nümayəndələri xüsusi təyinatlıların bölmələri arasında qabaqcıl təcrübə mübadiləsi aparacaq və qarşılıqlı fəaliyyət bacarıqlarını təkmilləşdirəcək”, - deyə məlumatda bildirilib.
Qeyd olunub ki, təlimlər zamanı xüsusi təyinatlılar qeyri-qanuni silahlı birləşmələrin axtarışı, aşkarlanması və məhv edilməsi üzrə birgə hərəkətləri real vəziyyətə mümkün qədər yaxın şəraitdə həyata keçirəcəklər.
Xatırladaq ki, Ermənistan hakimiyyəti mayın 8-də KTMT-də iştirakını dayandırdığını elan edib. Fevralda isə baş nazir Nikol Paşinyan İrəvanın təşkilatla de-fakto münasibətlərini dondurduğunu bəyan edib.
Vazeh BƏHRAMOĞLU
-
ABŞ09:40
Bütün dünya Trampın tariflərinə hazırlaşır: görün hansı təhdidlər olacaq
-
İKT09:00
Məşhur bloqer "TikTok"u almaq istəyir
-
Səhiyyə08:48
Nazirlikdə “Volqa” yeyintisi - FOTO
-
Magazin208:00
Məşhur aktrisa ekranlara qayıtdı - VİDEO
-
Sosial07:17
Bu rayonlara qar yağacaq - PROQNOZ
-
Magazin106:46
“Bazar arvadından fərqlənməyən kişilərin…” - FOTO
-
Avropa04:44
Yeni hərbi yardım paketi - Almaniya Ukraynaya görün nələr verdi
-
MDB02:42
Gölün dibində quraşdırılan heykəl qalmaqala səbəb oldu