MDB
Müharibədən qaçış alınmadı: bir "Kamaz" kişini ölkəyə qaytardılar - VİDEO
Odessa vilayətində Podolsk dəstəsinin sərhədçiləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə dövlət sərhədini pozanların böyük bir qrupunu saxlayıblar.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, dövlət sərhədçiləri pilotsuz uçan aparat vasitəsilə sərhəd pozucularının hərəkətini izləyib və yük avtomobilini Podolsk rayonunun Çernaya kəndinin kənarında saxlayıblar.
“Kamaz” avtomobili insanların daşınması üçün heç bir şəraitin olmamasına baxmayaraq, kişilərlə “ağızına qədər dolub”.
Ümumilikdə, cinayət işi üzrə təqsirləndirilən şəxslər Dnestryanı seqment vasitəsilə (polisin məlumatına görə, Ukraynanın müxtəlif bölgələrindən olan, yaşı 21-dən 48-ə qədər olan) 48 hərbi yaşlı kişini qanunsuz olaraq Moldovaya aparmağa cəhd ediblər.
Dövlət Sərhəd Xidmətinin əməkdaşları müəyyən ediblər ki, belə “rahat” səfərin qiyməti hər “müştəri” üçün 150 min qrivna olub.
Bildirilir ki, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Adəm Abbaslı
-
Hadisə12:13
Bakıda vəzifəli şəxsin oğlu özünü 17-ci mərtəbədən atdı - FOTO
-
Sosial11:08
Müdafiə Nazirliyi xəbərdarlıq etdi: təşvişə düşməyin
-
MDB10:22
Putinin "qeyri-qanuni qızı" aranı qarışdırdı: Uşaqları meşəyə aparın və...
-
İqtisadi gündəm10:10
Təsdiqləndi: Bu şəxslərin də maaşları artırıldı
-
ABŞ09:40
Bütün dünya Trampın tariflərinə hazırlaşır: görün hansı təhdidlər olacaq
-
İKT09:00
Məşhur bloqer "TikTok"u almaq istəyir
-
Səhiyyə08:48
Nazirlikdə “Volqa” yeyintisi - FOTO
-
Magazin208:00
Məşhur aktrisa ekranlara qayıtdı - VİDEO