MDB
Ukrayna qüvvələri Kursku niyə tərk etmək istəmir? - ABŞ-dan ilginc ŞƏRH
Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinə (AFU) Kursk vilayətindən geri çəkilmək əmri verə bilməz, çünki Qərb ölkələri belə bir addımı Zelenskinin şəxsi uğursuzluğu kimi qəbul edəcəklər.
Publika.az xəbər verir ki, bu sözləri analitik Mark Yepiskopos yazıb.
“Kiyevin əsas vəzifələrindən biri Qərbdə rəyi manipulyasiya etməkdir və geri çəkilmə uğursuzluqdan başqa bir şey kimi təqdim oluna bilməz”, - materialda deyilir.
Analitikin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin döyüşçüləri bölgəni “əşyalarını yığıb tərk edə” bilmirlər, lakin onlar aldıqları əraziləri də saxlaya bilmirlər. Bu səbəbdən Ukrayna komandanlığı Kursk vilayətinə yeni hərbi birləşmələr göndərir.
Mənbə yazır ki, Ukrayna bölmələri Kursk istiqamətində bütün döyüş zamanı 11,8 mindən çox hərbi qulluqçu itirib.
Rusiya Müdafiə Nazirliyinin sentyabrın 10-na olan məlumatına görə, gün ərzində Kursk istiqamətində Ukraynanın itkiləri 380-dən çox əsgər və 15 zirehli texnika, o cümlədən iki tank, 13 zirehli döyüş maşını, həmçinin üç artilleriya qurğusu və 11 texnikadan ibarət olub.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin sentyabrın 2-də bildirmişdi ki, Ukrayna birləşmələri Kursk vilayətində Rusiya hərbçilərinin Donbasda sürətli irəliləyişini dayandırmağa çalışıb, lakin Kiyev planını həyata keçirə bilməyib.
Adəm Abbaslı
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir