MDB
İki məktəbli "Mİ-8" helikopterini yandırdı
Rusiyada 13 və 14 yaşlı iki məktəbli hava limanı ərazisinə soxularaq, Mİ-8 helikopterini yandırıb.
Publika.az xəbər verir ki, hadisə Yamalo-Nenets Muxtar Dairəsinin Noyabrsk şəhərində qeydə alınıb.
Yanğın zamanı məktəblilərin özləri də xəsarət alıblar. Belə ki, dostlar helikopteri yanacaq maddəsi ilə suvarıblar, sonra yanında siqaret çəkməyə qərar veriblər. Onlardan biri ehtiyatsızlıqdan közərən siqareti atıb və bu, güclü partlayışa səbəb olub.
Onlar yanıq xəsarətləri alıblar və xəstəxanaya yerləşdiriliblər.
Dindirmə zamanı məktəblilər etiraf ediblər ki, naməlum şəxslərin göstərişi ilə hərəkət ediblər və bunun müqabilində onlara 5 milyon rubl (təxminən 93 min manat) vəd edilib.
-
ABŞ09:40
Bütün dünya Trampın tariflərinə hazırlaşır: görün hansı təhdidlər olacaq
-
İKT09:00
Məşhur bloqer "TikTok"u almaq istəyir
-
Səhiyyə08:48
Nazirlikdə “Volqa” yeyintisi - FOTO
-
Magazin208:00
Məşhur aktrisa ekranlara qayıtdı - VİDEO
-
Sosial07:17
Bu rayonlara qar yağacaq - PROQNOZ
-
Magazin106:46
“Bazar arvadından fərqlənməyən kişilərin…” - FOTO
-
Avropa04:44
Yeni hərbi yardım paketi - Almaniya Ukraynaya görün nələr verdi
-
MDB02:42
Gölün dibində quraşdırılan heykəl qalmaqala səbəb oldu