MDB
Kiyevin ümidləri özünü doğrultmadı: ABŞ və Britaniya bu qadağanı ləğv etmədi
Ukraynanın yüksək rütbəli diplomatların Kiyevə səfərləri zamanı ABŞ və Böyük Britaniyanın Rusiya ərazisinə zərbələr endirmək qadağasını aradan qaldıracağına dair ümidləri özünü doğrultmadı.
Publika.az xəbər verir ki, bu barədə “Politico” yazıb.
Bildirilib ki, ABŞ dövlət katibi Entoni Blinken və Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi həqiqətən də böyük yardım paketləri gətiriblkər və davamlı dəstək vəd ediblər.
Nəşr yazır: “Ukraynalıların ABŞ dövlət katibi Entoni Blinkenin çərşənbə günü Kiyevə səfəri fürsətindən istifadə edərək Rusiya daxilindəki hədəfləri bağışlanan silahlarla vurmağı qadağan edən qaydaların yumşaldılacağını elan edəcəyinə dair ümidləri puça çıxdı”.
Lakin Blinken həmkarı Lemmi ilə birlikdə danışarkən, iki yüksək səviyyəli diplomatın Ukraynanın paytaxtında topladıqları məlumatların Vaşinqtonda müzakirə olunacağını bildirib. Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden və Böyük Britaniyanın baş naziri Keir Starmer bu məsələni cümə günü baş tutacaq görüşdə müzakirə edəcəklər.
Rəsmilər nəşrə bildiriblər ki, Ağ Ev Rusiya daxilində Ukraynanın ABŞ və Britaniya istehsalı olan silahlarla hədəfə ala biləcəyi əraziləri genişləndirməyi düşünür. Kiyevdə Blinken bunu qeyd etməyib.
Ukrayna bu silahların saxlandığı və buraxıldığı aerodromları və bazaları vura bilmədən Rusiyanın raketləri, bombaları və pilotsuz təyyarələrindən müdafiə oluna bilməyəcəyini iddia edərək, silah qadağasının ləğv edilməsini tələb edir. Amma Kiyevin müttəfiqləri Kremlin qırmızı xətlərini keçməkdən və müharibəni qızışdırmaqdan narahatdırlar.
Akqabay
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?