MDB
Rusiya dünyanı təhdid edir: Nüvə silahı işə düşəcək?
Rusiya nüvə sınaqlarını sınaqdan keçirməlidir. Bu, bəşəriyyətin düşünməsinə" kömək edəcək.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Andrey Kolesnik bildirib.
“Biz haradasa, hansısa sınaq meydançasında nüvə partlayışı etməliyik. İndi ölkəmizdə nüvə sınaqları qadağandır, lakin bəlkə insanlar bütün bunların həqiqətən nəyə gətirib çıxardığını görməlidirlər”, - Andrey Kolesnik qeyd edib.
Deputatın sözlərinə görə, nüvə sınaqlarına qoyulan moratorium aradan qaldırılarsa, çox güman ki, “bəşəriyyət bu barədə düşünəcək”.
Kolesnik Ukrayna Silahlı Qüvvələrinin bölgədəki hərəkətləri səbəbindən Kursk AES-də yaranmış gərgin vəziyyətə belə cavab verib. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Kiyevin addımları Çernobıl fəlakəti ilə müqayisə oluna biləcək nüvə fəlakətinə səbəb ola bilər.
Bir müddət əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan etmişdi ki, Vaşinqtonun Moskva ilə dialoqdan imtina etməsi, habelə Rusiyanın təhlükəsizliyinə onun öz tərəfdən təhdid etməsi və Ukraynadakı münaqişəni dəstəkləməsi Rusiyanın nüvə silahı doktrinasının dəyişdirilməsinə və yenilənməsinə səbəb olub.
Akqabay
-
Nəqliyyat18:35
Metroda qatarlar gecikdi - SƏBƏB
-
Sosial17:43
Arutyunyan və Babayanın həbs müddəti uzadıldı
-
Sosial17:16
Bu icra başçıları çətin durumda - Qanunsuz sənədlər aşkarlandı
-
İdman16:47
Olimpiadaya getmək istəyən cazibədar idmançı: Görün hansı yolla pul qazanır - FOTOLAR
-
Dünya16:09
İran prezidentindən İsrailə xəbərdarlıq: Dayandırın!
-
Rəsmi xronika15:30
İlham Əliyev sərəncam imzaladı
-
MDB14:42
Tezliklə Ərdoğanla görüşəcəm - Putin özü dedi
-
Sosial14:20
“Rahat Market”in işçiləri tüstüdən zəhərləndi