MDB
Belarusdan Rusiyaya arxadan zərbə: NATO ilə dialoqa hazırlıq gedir
Belarus Vyana Sənədi çərçivəsində Şimali Atlantika Alyansına (NATO) üzv dövlətlərlə praqmatik dialoqu bərpa etməyə ümid edir.
Publika.az xəbər verir ki, bu barədə Belarus müdafiə nazirinin beynəlxalq hərbi əməkdaşlıq üzrə köməkçisi, general-mayor Valeri Revenko bildirib.
Onun sözlərinə görə, sənəd çərçivəsində dialoqun bərpası silahlı qüvvələrlə, o cümlədən sərhədyanı ərazilərlə bağlı bir sıra aktual məsələlərin həllinə imkan verəcək.
"Ümid edirik ki, Vyana Sənədinin imkanlarının obyektiv qiymətləndirilməsi, regional etimad və təhlükəsizlik tədbirləri Belarus Respublikası ilə həmsərhəd olan dövlətlərə və digər ölkələrə yeganə düzgün qərar qəbul etməyə, praqmatik dialoqa qayıtmağa imkan verəcək", - deyə müdafiə nazirinin köməkçisi qeyd edib.
General-mayor əlavə edib ki, Belarus istər bütövlükdə, istərsə də sərhədyanı ərazilərdə silahlı qüvvələrin fəaliyyəti ilə hər hansı şəkildə bağlı olan bir çox aktual məsələlərin həllini tapacağına əmindir.
Vazeh BƏHRAMOĞLU
-
Sosial19:00
Azərbaycanda əlilliyi olan şəxslər və uşaqlarla bağlı XÜSUSİ QRUP YARADILDI
-
Nida Xəbər 17:02
Putin Bakıya gələcək? - Peskov açıqladı
-
Rəsmi xronika16:20
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Qarabağ 13:42
Tokayevdən Bakı və İrəvana təklif: Hazırıq
-
İdman12:57
Daha Ronaldoya ehtiyac yoxdur, Corcina brenddir: Görün nə qədər sərvəti var - FOTOLAR
-
Hadisə12:00
Generala ağır itki üz verdi - FOTO
-
Qoroskop11:12
Ən uğursuz bürclər açıqlandı: Onlar həyata geridə başlayırlar
-
Dünya10:12
İsraili şoka salan taktika: İran bacarmadı, "Hizbullah" isə görün nələr etdi