MDB
Bu general Rusiyaya casusluqda ittiham olunur - FOTO
Moldova Ordusunun Baş Qərargahının keçmiş rəisi, general İqor Qorqana qarşı dövlətə xəyanət və Rusiya üçün casusluq ittihamı irəli sürülüb.
Publika.az xəbər verir ki, mütəşəkkil cinayətkarlıqla və xüsusi işlərlə mübarizə üzrə prokurorluğun nümayəndəsi Emil Qaytur bu barədə Moldovanın TV-8 telekanalına məlumat verib.
Qeyd edək ki, Qorqan əvvəllər Rusiya kəşfiyyatı ilə əlaqələri barədə mətbuatda yayılan xəbərləri təkzib etmişdi.
Emil Qaytur isə TV-8-ə açıqlamasında “Cinayət və Xüsusi İşlərə Qarşı Mübarizə üzrə Prokurorluğun əvvəllər elan etdiyi işdə iştirak edən şəxsə təqsirləndirilən şəxs statusu verilib”, - deyə bildirib.
Nəzərinizə çatdıraq ki, İqor Qorqan 2021-ci ilə qədər Baş Qərargaha rəhbərlik edib. Onun Rusiya kəşfiyyatı ilə əlaqələri barədə məlumatlar 2024-cü ilin yayında mediada yer alıb. İddia olunurdu ki, Qorqan silah almağa çalışan Ukrayna Müdafiə Nazirliyinin nümayəndələrinin Moldovaya səfərləri barədə Rusiya tərəfini məlumatlandırıb.
Vazeh BƏHRAMOĞLU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO
-
Sosial21 Dekabr 22:00
Sumqayıtlı gəncə yüksək VƏZİFƏ VERİLDİ
-
MDB21 Dekabr 21:12
Zaxarova Yeni il üçün görün hansı yeməyi hazırlayacaq - "Elə bişiririk ki..."