Rusiyada silsilə təxribatlar: Öldürülənlər var - FOTO
Bizi izləyin

MDB

Rusiyada silsilə təxribatlar: Öldürülənlər var - FOTO

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları İnquşetiyada bir sıra terror aktlarının qarşısını alıblar. Cinayətkarları yaxalayarkən onlardan biri atəş açıb və nəticədə öldürülüb.

Publika.az xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

Qeyd olunur ki, Maqas və Nəzranda “regonun enerji infrastrukturu obyektlərində təxribat və hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücumlar hazırlayan” səkkiz yerli sakinin (Rusiya Federasiyası vətəndaşı) qanunsuz fəaliyyətinin qarşısı alınıb.

“Həbs zamanı cinayətkarlardan biri silahlı müqavimət göstərərək bədən xəsarətləri alıb, digərləri həbs edilib”, - məlumatda deyilir.

Cinayətkarların yaşadıqları ünvanlardan 10 kq trotil ekvivalentində kustar üsulla hazırlanmış partlayıcı qurğu, qumbaraatan, 5 tüfəng, 9 tapança, 11 detonatorlu qumbara, 8500-dən çox müxtəlif çaplı güllə, elektron məlumat daşıyıcıları aşkar edilib. Onların istifadə etdiyi rabitə vasitələrində döyüş əməliyyatlarının aparılmasına dair təlimatlar, partlayıcı maddələrin və yandırıcı vasitələrin yığılması təlimatları aşkar edilib.

Faktla bağlı təxribat hazırlama, odlu silahın qanunsuz dövriyyəsi və qanunsuz partlayıcı qurğuların hazırlanması maddələri ilə cinayət işi açılıb.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm