Region
İranda etirazlar başladı: Xamenei Pezeşkianı qurban verir
İranda prezident Məsud Pezeşkiana qarşı etiraz aksiyası keçirilib.
Publika.az xəbər verir ki, etirazçılar Ali Milli Təhlükəsizlik Şurasının qarşısında toplaşıblar.
Aksiyanın əsas motivi Pezeşkianın Qərblə yaxınlaşmaq siyasətinə etiraz etməkdir. Etirazçılar dini lider Əli Xameneinin HƏMAS lideri İsmayıl Haniyənin qətlinin qisasını almaq əmrinin Pezeşkian tərəfindən icra edilmədiyini, prezidentin bu əmrə məhəl qoymadığını bildirir. Tələb edirlər ki, dini liderin əmrlərinə dərhal əməl edilsin, eləcə də Qərb dövlətlərinin vədlərinə arxalanmaq siyasətinə son qoyulsn. Etirazçılar qeyd ediblər ki, Pezeşkian Haniyənin qisasını alsaydı, İsrail Hizbullah liderini öldürmək qərarına gəlməzdi.
Belə bir etirazın təşkil edilməsində diqqətçəkən məqamlar var.
Birincisi, İranda əsas qəraverici fiqur dini liderdir, Xameneinin “qisas əmri”ni də prezident yox, ordu – baş qərargah rəisi, yaxu SEPAH rəhbərliyi icra etməlidir.
İkincisi, Haniyənin, daha sonra Həsən Nəsrullahın ödürülməsindən sonra İsrailə hücum etməmək qərarı birbaşa Xamenei tərəfindən verilib, İran rejimi prosesdən maksimum az ziyanla çıxmağa çalışır.
Bu kontekstdə Pezeşkianın “günah keçisi” kimi göstərilməsi təsadüfi deyil. Görünür, İranda Qərblə yaxınlaşmaq siyasətinə qarşı olanlar Nəsrullahın öldürülməsindən Pezeşkiana qarşı istifadə edirlər. Lakin əsas versiya bu etirazın birbaşa Xamenei tərəfindən təşkil edilməsidir. Qisas əmrini Xamenei verib, lakin bu vədlər yalnız sözdə qalıb. İranın qisas almaqdan çəkinməsi həm ölkə daxilində, həm də Tehranın təsir dairəsində olan “müqavimət oxu”nda nüfuzunu zədələyir. Lakin İran İsrailə qarşı birbaşa müharibəyə qoşulacağı təqdirdə, beynəlxalq koalisiya ilə üz-üzə qalacaq. Bu baxımdan, İran rejimi çətin seçim qarşısında qalıb. Əslində Xamenei Pezeşkiana qarşı etiraz aksiyası təşkil etməklə öz nüfuzunu xilas etməyə, prezidenti “qurban” verməyə, “mən əmri verdim, prezident icra etmir” rəyini formalaşdırmağa çalışır.
Asif
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı












.jpg)





















.jpg)

.jpg)