MDB
Rusdilli şagirdini döyən müəllimə görün hansı cəza verildi
Daşkənddə məhkəmə 6-cı sinif şagirdini rus dilində dərs keçməsini tələb etdiyi üçün döyən müəllim Ozoda Ravşanovnanı cərimələyib.
Publika.az xəbər verir ki, bu barədə gazeta.uz internet nəşri yazıb.
Təqsirləndirilən şəxs konvoyun müşayiəti ilə 7 sutka həbs cəzası aldığı xüsusi təcridxanadan məhkəməyə aparılıb.
Ravşanovna “Təhqir” və “Qəsdən sağlamlığa yüngül xəsarət yetirmə” inzibati maddələri ilə təqsirli bilinib. Eyni zamanda, məhkəmə onu dövlət xeyrinə olmaqla 6,8 milyon som (təxminən 900 manat) məbləğində cərimələyib.
Rusdilli məktəbli ilə insident sentyabrın 23-də Daşkənddəki məktəblərin birində baş verib. 6-cı sinif şagirdi sınaq müddətində olan müəllimdən rus dilində dərs keçməyi xahiş edib, müəllim isə onun üzünə vurub. Hadisədən sonra Rusiya Xarici İşlər Nazirliyi Özbəkistanı uşaq istismarına hüquqi qiymət verməyə çağırıb. Rusiya XİN məsələ ilə bağlı Özbəkistanın Moskvadakı diplomatik nümayəndəsinə təqdimatla müraciət edib.
Akqabay
-
Nəqliyyat19:30Bakıda ictimai nəqliyyatda daha bir yenilik: üztanıma ilə ödəniş... - Foto
-
Hadisə18:30Səidə Bəkirqızı qəzaya düşdü - Video
-
Rəsmi xronika16:57İlham Əliyev fərman imzaladı
-
Cənubi Qafqaz16:28Fransa SEZAR-ları Ermənistana verdi – Bu tarixdə nümayiş olunacaq
-
Yaxın Şərq16:00Səfir təsdiqlədi: İsrail ərəb ölkəsində “Dəmir günbəz” yerləşdirib
-
Sosial14:00Onlara yüksək vəzifə verildi
-
MDB13:04Qonşumuzda qorxunc demoqrafik böhran: Hökumət təcili hərəkətə keçdi
-
Sosial11:48Bu ərazilərdə 3 gün su olmayacaq



















.jpg)






.jpg)








