Lavrov Mirzoyanla görün nədən danışıb: "Anası uşağı iplə gəzdirirdi" - FOTO
Bizi izləyin

MDB

Lavrov Mirzoyanla görün nədən danışıb: "Anası uşağı iplə gəzdirirdi" - FOTO

Rusiyanın Xarici işlər naziri Sergey Lavrov Rusiya Federasiyasında kvadrobinqə mümkün qadağa mövzusunda Rusiya qanunvericilərinə güvəndiyini bildirib

Publika.az xəbər verir ki, bu barədə jurnalist Pavel Zarubin özünün "Telegram" kanalında nazirlə len video yayımlayıb.

MDB sammitində danışıqlara başlamazdan əvvəl Lavrov erməni həmkarı Ararat Mirzoyana da soruşub ki, onların ölkəsində kvadrober varmı?

"Kvadroberlərin yeriməsinin başqa bir videosuna baxdım. Anası uşağı iplə gəzdirirdi. Bu o qədər də aydın deyil", - deyə Mirzoyan bildirib.

Xatırladaq ki, oktyabrın 5-də Rusiya Dövlət Dumasının Təhsil Komitəsi sədrinin birinci müavini Yana Lantratova Rusiya Federasiyasında kvadrobinqin təbliğatını qadağan edən qanun layihəsinin hazırlandığını bəyan edib. Onun sözlərinə görə, söhbət təkcə subkulturadan deyil, ümumilikdə dağıdıcı ideologiyanın təbliğatının qadağan olunmasından gedir.

Qeyd edək ki, kvadrobinq heyvanların hərəkətlərini və vərdişlərini təqlid etməyi əhatə edən uşaqlar və yeniyetmələr arasında məşhur bir subkulturadır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm