ABŞ
Bayden bu səbəbdən xarici səfərlərini təxirə saldı
ABŞ Prezidenti Cozef Bayden Florida istiqamətində sürətlə irəliləyən “Milton” qasırğasına görə bu həftə Almaniya və Anqolaya planlaşdırılan səfərlərini təxirə salıb.
Publika.az xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb. “Milton” qasırğasının proqnozlaşdırılan trayektoriyasını və gücünü nəzərə alaraq Prezident cənub-şərqdə “Helene” qasırğasının təsirlərini aradan qaldırmaq üçün davam edən tədbirlərlə yanaşı “Milton” qasırğasına qarşı hazırlıqlara və ona cavab tədbirlərinə nəzarət etmək üçün Almaniya və Anqolaya səfərlərini təxirə salır”, - deyə Ağ evdən bildirilib.
Qeyd edək ki, sentyabrın sonlarında ABŞ-ın cənub-şərq sahillərində hökm sürən “Helene” qasırğası 6 ştatda 200-dən çox insanın həyatına son qoyub. “Milton” qasırğasının isə oktyabrın 9-u axşam saatlarında Florida ərazisinə çatacağı proqnozlaşdırılır. ABŞ Milli Qasırğa Mərkəzinin məlumatına əsasən, “Milton” qasırğası Floridada ən dağıdıcı qasırğadır.
-
ABŞ06:16
Harris səsvermə günü "telefon saxtakarlığı" edərkən TUTULDU - VİDEO
-
Magazin205:45
Bu ilin parlaq ulduzları: siyahıda kimlər var? - FOTO
-
Hadisə04:44
Xaçmazdan ACI XƏBƏR: ölənlərin sayı artdı - YENİLƏNDİ
-
Sosial03:13
Dönərlə bağlı yeni qaydalar təsdiqləndi: qiymətlər qalxacaq? - VİDEO
-
Sosial02:42
Vətən müharibəsi iştirakçısı vəfat etdi
-
Magazin100:30
Röya Ayxan səhnə tərzi ilə göz qamaşdırdı - VİDEO
-
İdman00:15
İspaniya klubunun qapıçısı Azərbaycana GƏTİRİLİR
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Ciddi səhvlərə yol verə bilərsiniz