Region
Azərbaycan istehsalı olan aviabomba hədəfi yüksək dəqiqliklə vurdu - VİDEO
Müdafiə Sənayesi Nazirliyinin hazırladığı QFAB-250 LG aviasiya bombası Türkiyənin ASELSAN şirkətinin hazırladığı LGK (Lazer Güdüm Kiti - tərc. lazer tuşlama dəsti) ilə şərti hədəfə yüksək dəqiqliklə zərbə endirib.
Publika.az xəbər verir ki, bu barədə hərbi korporasiyanın sosial şəbəkə hesabında qeyd olunub.
"Texnologiya sahəsində əməkdaşlıq. Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi tərəfindən hazırlanmış QFAB-250 LG Bombası ASELSAN tərəfindən hazırlanmış LGK ilə hədəfi yüksək dəqiqliklə vurub", - paylaşımda nəql edilib.
Qeyd edək ki, ASELSAN (Askeri Elektronik Sanayi - tərc. Hərbi Elektron Sənaye) şirkəti Türkiyənin aparıcı müdafiə sənayesi korporasiyasıdır. Onun əsas fəaliyyət sahəsi hava, quru və dəniz qüvvələri üçün qabaqcıl hərbi məhsulların tədqiqi, tərtibatı və istehsalıdır. Şirkət Türkiyə Silahlı Qüvvələrinin əsas podratçılarından biridir.
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi