MDB
Qazaxıstanda GƏRGİNLİK: Talqar şəhərinə Milli Qvardiya yeridildi
Qazaxıstanın Alma-Ata vilayətinin Talqar şəhərində yeniyetmənin qətlə yetirilməsi hakimiyyəti şəhərin küçələrinə Milli Qvardiya patrulları göndərməyə məcbur edib.
Publika.az xəbər verir ki, bu barədə "Kazinform" xəbər agentliyi məlumat yayıb .
Oktyabrın 4-nə keçən gecə ərzaq mağazalarından birinin yaxınlığında bıçaqlı və odlu silahlardan ibarət qrup davası baş verib, nəticədə 16 yaşlı yeniyetmə ölüb, daha iki nəfər isə ağır yaralanıb. Polis davanın 7 iştirakçısını həbs edib, lakin səkkiz gün sonra yeniyetmənin qohumlarının Enbəkşiqazax rayonunun Azat kəndində yerləşən evi yandırılıb.
Təhlükəsizliyi təmin etmək və ictimai asayişi qorumaq üçün Daxili İşlər Nazirliyinin Milli Qvardiyanın şəhərin küçələrində patrul xidmətini həyata keçirən bölmələri Talqar rayonuna gətirilib. Hüquq-mühafizə orqanları qətlə yetirilən azyaşlının ailəsinin təhlükəsizliyini təmin edib.
Qazaxıstanın baş prokuroru cinayət işi üzrə istintaqı nəzarətə götürüb.
Hüseyn İbadlı
-
Magazin118:48
Anası Eminlə bağlı görün nəyi ETİRAF ETDİ - VİDEO
-
Dünya18:00
Bəşər Əsədin lüks avtomobilləri - VİDEO
-
Sosial16:20
Vətən müharibəsi iştirakçısı vəfat etdi - Foto
-
Dünya14:50
Milyonlarla suriyalı artıq geri qayıda bilər - Hakan Fidan
-
Digər14:40
Günəşdə iki böyük partlayış oldu
-
Kriminal14:30
Şəmsi Səmədzadə həbs olundu
-
Yaxın Şərq14:00
Əsədin tutulmasına yardım edənə bu qədər pul veriləcək
-
Dünya13:15
Bəşər Əsəd öldü - "Reuters"