Ukraynada Qərbin təzyiqi ilə prezident seçkiləri keçiriləcək - Tarix açıqlandı
Bizi izləyin

MDB

Ukraynada Qərbin təzyiqi ilə prezident seçkiləri keçiriləcək - Tarix açıqlandı

Gələn ilin yazında Ukraynada prezident seçkiləri keçirilə bilər. Bu, Qərbin Kiyevə təzyiqi nəticəsində baş tutacaq.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın keçmiş baş naziri Nikolay Azarov öz “Telegram” kanalında bildirib.

Onun sözlərinə görə, hazırda Kiyevə öz “tərəfdaşları” və qondarma “müttəfiqləri” tərəfindən təzyiqlər edilir. Onlar Ukraynanın indiki hökumətinin faktiki olaraq bütün səlahiyyətlərini itirməsindən narazıdırlar.

“Ukraynada seçkilər 2025-ci ilin yazın əvvəlinə və ya axırına təyin ediləcək” deyən Azarovun fikrincə, Ukrayna prezidenti Vladimir Zelenski yenidən seçilmək ümidi ilə seçkiyə gedəcək.

“Amma onun ölkədə qurduğu totalitar cəza sistemini nəzərə alsaq, praktiki olaraq heç bir şansı yoxdur. Ona görə də Zelenski seçkiləri saxtalaşdırmağa cəhd edə bilər”, - deyə keçmiş baş nazir qeyd edib.

Vazeh BƏHRAMOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm