Sovet əsgərlərinə ucaldılmış abidə təhqir edildi - FOTO
Bizi izləyin

MDB

Sovet əsgərlərinə ucaldılmış abidə təhqir edildi - FOTO

Bolqarıstanın paytaxtı Sofiyada naməlum vandallar sovet əsgərlərinin kütləvi məzarlığı yanındakı abidəni təhqir ediblər.

Publika.az xəbər verir ki, bu barədə “Duma” qəzeti Bolqarıstan Sosialist Partiyasının (BSP) mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, vandallar abidəni boya ilə örtüb və abidənin kompozisiyasını təşkil edən uşaq fiqurunun başını qoparıblar.

“Biz kompozisiyanın qırılan hissəsini götürdük - uşağın başını. Abidənin təmizlənərək bərpa olunmasını, vandalların tapılmasını və etdiklərinə görə qanun çərçivəsində cəzalandırılmasını tələb edirik”, - deyə Duma sosialistlərin Sofiyadakı rəhbəri İvan Takov qeyd edib.

Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm