MDB
Mağazada rus dili qalmaqalı: Satıcı qadını DTX DİNDİRDİ
Latviya Dövlət Təhlükəsizliyi Xidməti (DTX) satıcı qadının müştəriyə latış dilində xidmət göstərməkdən imtina etdiyi mağazaya baxış keçirib. Qadın bildirib ki, onunla rus dilində danışmağa razı olmayanları “nasist” hesab edir.
Publika.az xəbər verir ki, bu barədə “Delfi” xəbər yayıb.
Qeyd edək ki, sosial şəbəkələrdə Riqa ticarət mərkəzindəki “Postcard” dəftərxana ləvazimatları və hədiyyələr mağazasının satıcısı ilə bağlı qalmaqal yayılıb. Məsələni gündəmə gətirən qadın rusiyalı satıcının “Rus mağazası” olduğu üçün ona rəsmi latış dilində xidmət göstərmək istəyinə aqressiv reaksiya verdiyini yazıb və ondan bunu tələb edənləri nasist hesab etdiyini bildirib. Onun mesajı böyük səs-küyə səbəb olub.
Latviyanın Dövlət Təhlükəsizliyi Xidməti mətbuata təsdiqləyib ki, hadisənin baş vermə şəraitini araşdırmağa başlayıblar və oktyabrın 19-da satıcı qadınla söhbət edib, ona nifrət doğuran ifadələrin cinayət məsuliyyəti ilə nəticələnəcəyi barədə xəbərdarlıq ediblər.
Rəsmilər mağazanın və onun icarəyə götürdüyü ticarət mərkəzinin rəhbərliyi ilə də danışıblar ki, belə halların qarşısını almaq üçün əlavə tədbirlər görsünlər.
Xatırladaq ki, ilin əvvəlindən Latviyada immiqrasiya qanununun tələblərinə əməl etməyən - dövlət dilini bilmək üçün imtahan vermədən və başqa yaşayış icazəsi üçün müraciət etmədən rusların ölkədən çıxarılması prosesinə start verilib.
Adəm Abbaslı
-
Magazin221 Oktyabr 23:55
Britni Spirs özü ilə evləndi - FOTO
-
Nida Xəbər 21 Oktyabr 23:40
General işdən çıxarıldı, vəzifəsi ona həvalə edildi
-
Magazin121 Oktyabr 22:46
Dilan saxlanılmadan öncə Doğuşla Xoşqədəmə görün nə yazıb - FOTO
-
Dünya21 Oktyabr 21:35
"Bu xainin "vətənsiz" ölməsi..." - Türkiyə MMN-dən Fətullah Gülənlə bağlı bəyanat
-
İdman21 Oktyabr 21:23
"Yuventus" Ardanın transferini açıqladı - Nə baş verir? - FOTO
-
Magazin121 Oktyabr 21:11
Ağadadaş Ağayevin cinayət işinə o baxacaq
-
Dünya21 Oktyabr 20:30
Keçmiş prezident saxlanıldı
-
Magazin121 Oktyabr 20:20
Mətanət efirdə elə sual verdi ki, Nanə utandı - VİDEO