İsrail raket yağışına tutuldu: yanğınlar baş verdi
Bizi izləyin

Dünya

İsrail raket yağışına tutuldu: yanğınlar baş verdi

Son bir neçə saat ərzində İsrail hərbçiləri Livan ərazisindən ölkənin şimal rayonları istiqamətində bir neçə hücumu qeydə alıb.

Publika.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, ümumilikdə Yuxarı və Qərbi Qalileyaya, eləcə də İsrailin nəzarətində olan Colan Təpələrinin cənub bölgələrinə 30-a yaxın raket atılıb. Bəzi yerlərdə mərmilərin düşməsi qeydə alınıb ki, bu da yanğınlara səbəb olub.

"Hücum nəticəsində bölgədə baş verən çoxsaylı yanğınların söndürülməsi üçün İsrail yanğınsöndürmə və xilasetmə xidmətləri çalışır", - deyə bildirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm