Zelenski tapşırıq verdi: başqa plan hazırlayın - Əgər münaqişə davam edərsə...
Bizi izləyin

MDB

Zelenski tapşırıq verdi: başqa plan hazırlayın - Əgər münaqişə davam edərsə...

Ukrayna prezidenti Vladimir Zelenski münaqişənin davam edəcəyi təqdirdə başqa plan hazırlamaq barədə göstəriş verib.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın BBC xidməti adı açıqlanmayan mənbələrə istinadən yazır.

Nəşrin məlumatına görə, Zelenski tərəfdaşlarından Kiyevin münaqişə zamanı hərəkətlərini əhatə edən plan hazırlamağı xahiş edib. Zelenskinin sensasiyalı “qələbə planı”ndan fərqli olaraq, yeni “plan” Qərb müttəfiqlərinin deyil, Ukrayna rəhbərliyinin hərəkətlərini əhatə edir. Yeni sənəddə hərbi-sənaye kompleksi, müdafiə, iqtisadiyyat və sosial sahələr üzrə daxili qərarlara dair müddəalar da yer alacaq.

“Planın məqsədi birliyi qorumaq və ölkənin müxtəlif sahələrinin inkişafında nəticələr əldə etmək üçün mümkün olan hər şeyi etməkdir”, - deyə mənbə BBC-yə bildirib.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm