MDB
Xarkov bombalandı: Zelenski kömək istədi
Rus qoşunları Xarkovun Saltovski rayonuna idarə olunan hava bombası atıblar. Yaşayış binasına ziyan dəyib, iki mərtəbəsi dağılıb.
Publika.az xəbər verir ki, bu barədə Xarkov vilayəti hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib.
O qeyd edib ki, oktyabrın 31-i səhər saatlarına olan məlumata görə, 34 nəfər yaralanıb, hücum nəticəsində 12 yaşlı uşaq həlak olub.
Xilasedicilər ağır yaralı uşağı dağıntılar altından çıxara bilsələr də, həkimlər onu xilas edə bilməyiblər.
Dağıntılar altından daha bir nəfərin meyitinin parçaları tapılıb, onun şəxsiyyəti hələlik məlum deyil. Hava zərbəsi nəticəsində uçan evin yerində işlər davam edir. Sinequbovun sözlərinə görə, dağıntılar altında 15 yaşlı yeniyetmə var.
Ukrayna prezidenti Vladimir Zelenski özünün "Telegram" kanalında Xarkova hava zərbəsi endirilən yerdən video yayımlayıb və müttəfiqlərini yardımla bağlı qərarları gecikdirməməyə çağırıb.
“Bu şərtlərdə onların hər gecikmiş qərarı Ukraynaya qarşı ən azı onlarla, hətta yüzlərlə belə rus bombası deməkdir. Onların qərarları xalqımızın həyatıdır. Ona görə də biz Rusiyanı birlikdə dayandırmalı və bütün mümkün qüvvələrlə bunu etməliyik”, - deyə Zelenski vurğulayıb.
Adəm Abbaslı
-
Magazin120:10
Dostları Azərin vəziyyəti ilə bağlı AÇIQLAMA YAYDI - FOTO
-
Magazin119:36
“Çıxışlarım son anda təxirə salınır”
-
Magazin118:48
Azər Baxşəliyev sağdır - Həkimlərdən SON DƏQİQƏ AÇIQLAMASI - YENİLƏNDİ
-
Rəsmi xronika17:52
İlham Əliyev Monteneqro prezidentinə başsağlığı verdi
-
Maraq dünyası17:06
Bu bürclərə şad xəbər - İlan ili sizi sevindirəcək
-
Rəsmi xronika16:17
Prezident ailə üzvləri ilə Şahdağ Turizm Kompleksində - YENİLƏNDİ / FOTO
-
Dünya16:00
Dünyanın ən güclü xüsusi təyinatlıları - SİYAHI
-
Sosial15:10
Əhali üçün təbii qazın qiyməti bu qədər oldu