MDB
Rusiya, İran və Türkiyəni Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyirlər - Zaxarova
ABŞ və Avropa İttifaqı Cənubi Qafqaz regionuna nəzarəti ələ keçirmək, Rusiya, İran və Türkiyəni oradan sıxışdırıb çıxarmaq və daha bir gərginlik mənbəyi yaratmaq istəyir.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
O qeyd edib ki, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin atəşkəs haqqında 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatı çox böyük əhəmiyyət daşıyır. Bu Bəyanat əsasında tərəflər geniş spektrli məsələlər üzrə real nəticələr əldə edə biliblər.
“Məsələn, 2023-cü ildə üçtərəfli işçi qrupu çərçivəsində biz regionda nəqliyyat marşrutlarını bərpa etməyə yaxın idik. Lakin Qərbin təzyiqi ilə İrəvan qrupda, sonra isə bütün üçtərəfli formatlarda iştirakını dondurdu”, - deyə diplomat əlavə edib.
Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinin sözlərinə görə, Moskvanın Cənubi Qafqazda öz tarixi, təbii maraqları var.
“Qərblilərdən fərqli olaraq, biz təhlükəsiz, firavan, sabit Cənubi Qafqazda maraqlıyıq”, - deyə M.Zaxarova bildirib.
-
Sosial03:43Bakıətrafı qəsəbələrdə mənzillərin qiyməti KƏSKİN ENDİ - SƏBƏB
-
Dünya01:20Bu gün maqnit qasırğası olacaq - Xəbərdarlıq
-
Dünya01:10Bratislava yaxınlığında iki qatar toqquşdu: 30 nəfər xəsarət aldı - Yeniləndi
-
Qoroskop00:55Günün ulduz falı: Kreativ ideyalar üzə çıxa bilər
-
Dünya00:15BBC-nin baş direktoru istefa verdi
-
ABŞ9 Noyabr 23:35Tramp amerikalıları sevindirdi: Hər bir vətəndaşa bu qədər pul ödəniləcək
-
Hadisə9 Noyabr 22:48Azərbaycanlı gənc Rusiyada qətlə yetirildi - FOTO
-
Dünya9 Noyabr 22:34"Üzüklərin hökmdarı" filminin çəkildiyi park yanır - Video























.jpg)










.jpg)

