Rusiyada ZƏLZƏLƏ - Qafqaz dağları böyüyür
Bizi izləyin

MDB

Rusiyada ZƏLZƏLƏ - Qafqaz dağları böyüyür

Soçi sularında 3,3 bal gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

İdarədən verilən məlumata görə, yerli sakinlərdən heç kim yeraltı təkanlardan şikayət etməyib.

Ümumi qəbul edilmiş təsnifata görə, bu maqnitudada zəlzələ zəif hesab olunur. Bəzi insanlar sarsıntı hiss edə bilər və asılmış əşyalar da bir az yellənə bilər.

Soçi sakinləri noyabrın 24-ü axşam saatlarında yerli ictimai səhifələrdə zəlzələ haqqında yazmağa başlayıblar. Yeraltı təkanlar Makarenko, Matsesta və Bıtxa mikrorayonlarında hiss olunub.

Soçidəki seysmoloji stansiyanın rəhbəri Yelena Karpoviç bildirib ki, maqnitudası dörd bala qədər olan zəlzələ şəhər üçün normaldır və yeraltı təkanlar gənc Qafqaz dağlarının böyüməsi ilə bağlı ola bilər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm