MDB
Rusiya Tramp dönəmi üçün ABŞ-a yeni səfir göndərir - Tək namizəd odur
Rusiya Xarici İşlər Nazirliyinin Şimali Amerika departamentinin direktoru, Kanadadakı keçmiş səfir Aleksandr Darçiyev Rusiyanın ABŞ-dakı diplomatik missiyasının rəhbəri vəzifəsinə əsas namizəd kimi qiymətləndirilir.
Publika.az xəbər verir ki, bu barədə “Kommersant” məsələ ilə bağlı məlumatlı mənbələrdən öyrənib.
Bundan əvvəl “Vedomosti” də Darçiyevi bu vəzifəyə ən çox ehtimal olunan namizəd adlandırmışdı.
Xarici İşlər Nazirliyindəki mənbələr RBC-yə bildiriblər ki, Darçiyevin namizədliyi ilə bağlı qərar çoxdan verilib. Nazirlik qanuni məhdudiyyətlərə görə prosesi ictimaiyyətə şərh etməyəcək.
Noyabrın 9-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuata müsahibəsində qeyd edib ki, Moskva Vaşinqtonda yeni səfir vəzifəsinə yalnız bir namizədi nəzərdən keçirir. Zaxarovanın sözlərinə görə, artıq həmin vaxt qeydiyyat prosesinə start verilib.
Oktyabrın 10-da Rusiya lideri Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonovu vəzifəsindən azad edib. Kreml bu addımın Moskva ilə Vaşinqton arasında diplomatik münasibətlərin səviyyəsinin aşağı düşməsi demək olmadığını vurğulayıb.
Xatırladaq ki, noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçirilib, Demokratlar Partiyasının namizədi Kəmalə Harris və Respublikaçılar Partiyasının nümayəndəsi Donald Tramp Amerika dövlətinin başçısı postu uğrunda mübarizə aparıblar . Qələbə qazanmaq üçün siyasətçilərdən biri ən azı 270 seçici səsini toplamalı idi. Səsvermənin nəticələrinə görə, Tramp 312, Harris isə 226 səs toplayıb .
ABŞ-ın 47-ci prezidentinin andiçmə mərasimi 2025-ci il yanvarın 20- də baş tutacaq .
Hüseyn İbadlı
-
Qoroskop01:40Günün ulduz falı: Xoş etiraflar gözlənilir
-
İdman24 Dekabr 22:56Vernidubun “Neftçi”yə gətirmək istədiyi futbolçunun adı açıqlandı - FOTO
-
Nida Xəbər 24 Dekabr 22:26Prezidentin ad günündən ailə FOTOSU
-
İdman24 Dekabr 21:23"Fənərbağça" prezidenti saxlanıldı
-
Rəsmi xronika24 Dekabr 20:25Bu üç ölkənin ərazisində separatçı yuvalar var - Prezident
-
İdman24 Dekabr 19:55“Neftçi”nin sabiq baş məşqçisi qumar oynadığını etiraf etdi
-
Rəsmi xronika24 Dekabr 19:00İlham Əliyev Ağdamda açılışda iştirak etdi - FOTO/YENİLƏNDİ
-
Cənubi Qafqaz24 Dekabr 18:55Erməni milyarder İsmayılovun restoranında 2 milyon xərcləyib...















.jpg)











