Region
Rusiya təyyarəsi bu ölkəyə enəndə OD TUTUB YANDI - VİDEO
Rusiyanın "Azimut" aviaşirkətinə məxsus təyyarə Türkiyənin Antalya şəhərində hava limanına eniş edərkən yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə “Airporthaber” portalı məlumat yayıb.
Bildirilib ki, Soçidən Antalyaya uçan "Sukhoi Superjet 100" təyyarəsinin mühərriki yanıb.
"Milliyet" in məlumatına görə, ağır hava şəraitində Türkiyəyə eniş edən təyyarənin mühərriki yanıb. Yanğın tez bir zamanda lokallaşdırılıb və söndürülüb.
Təyyarədə olan 79 sərnişin təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Hava limanının mülki aviasiya rəisinin sözlərinə görə, yanğın eniş zamanı baş verib.
"Baza" "Telegram" kanalı hadisə şahidlərinə istinadən yazır ki, eniş zamanı sol mühərrik yanıb, bundan sonra yanğın şiddətlənməyə başlayıb.
Hüseyn İbadlı
-
Magazin118 Yanvar 23:35Arıqlama dərmanı içən Şəbnəm ölümdən döndü - Ürəyi getdi, ağzından köpük gəldi
-
Ekopublika.az18 Yanvar 22:56Bakının bu ərazilərindəki mənzillər rekord qiymətə satılır - Bir kvadratmetri 17 550 manata...
-
Hadisə18 Yanvar 21:45Bakının mərkəzində dönərxana YANDI - VİDEO/YENİLƏNDİ
-
Magazin118 Yanvar 21:39Xalq artistinin oğlunun toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Hadisə18 Yanvar 20:28Avtobus yük avtomobili ilə toqquşdu: Xəsarət alan var - FOTO
-
Dünya18 Yanvar 19:24Bütün ölkələr yox olacaq! - Maskdan xəbərdarlıq
-
Magazin118 Yanvar 18:24Mətanət İsgəndərli dəbdəbəli mənzilində bahalı geyimlərini GÖSTƏRDİ - VİDEO
-
Avropa18 Yanvar 17:48Berlindən müəmmalı qərar: Hərbçilər təcili Qrenlandiyadan çıxarılır















.jpg)

.jpg)





.jpg)












