MDB
Təhqirləri vecinə almadı, Moskvaya gəlib Putinlə görüşdü - Zaxarova
Slovakiyanın baş naziri Robert Fitso Ukrayna prezidenti Vladimir Zelenskinin Moskvaya səfəri ilə bağlı təhqirlərinə məhəl qoymur, bu, onu narahat etmir.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O vurğulayıb ki, sui-qəsddən sonra Slovakiyanın baş nazirinin qlobal məsələlərdə mövqeyi yalnız möhkəmlənib: “Fitso nə eşidirsə, bunu şərh şəklində qəbul edir. Buna görə də kim orada nə dedi, kim onu necə təhqir etdi, bu Zelenskidir ya başqasıdır... Düşünürəm ki, bunun onun üçün heç bir əhəmiyyəti yoxdur”.
Fitsonu təhqir edənlərlə bağlı Zaxarova deyib ki, onlar özlərini ifşa edirlər. Onun sözlərinə görə, Fitso mühüm problemləri həll edir və ölkəsinin milli maraqlarını həyata keçirir.
Qeyd edək ki, dekabrın 22-də Robert Fitso Rusiyaya işgüzar səfər edib. Rusiya prezidenti Vladimir Putin onu Kremldə qəbul edib. Bu, Putin və Fitso arasında 2016-cı ildən bəri ilk təkbətək görüşdür. Serbiya prezidenti Aleksandar Vuçiç daha əvvəl bildirmişdi ki, Zelenskinin Ukrayna ərazisindən qaz tranzitini uzatmaqdan imtina etməsi fonunda Fitso Rusiya lideri ilə danışıqlar aparmaq niyyətindədir.
Akqabay
-
İdman19:00Uaytdan Usmanın Merabı döyməsinə reaksiya: "Ağılsızlıqdır"
-
Ekologiya18:36Bakıda və Abşeronda şimal-qərb küləyi gücləndi - Faktiki hava
-
Hadisə17:45Azərbaycanın Milli Qəhrəmanı vəfat etdi - FOTO
-
Səhiyyə17:10Daha bir həkim vəfat etdi - FOTO
-
Hadisə16:45Yataqxanada meyiti tapılan tələbə ilə bağlı ATU-dan açıqlama
-
Səhiyyə16:31Azərbaycanda gənc həkimin qəfl ölüm səbəbi bilindi - FOTO
-
Avropa15:54Rusiyanın "kölgə donanması"na qarşı əməliyyat: Gəmiyə desantla basqın edildi
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"



















.png)
















