MDB
Sövdələşmə bölgəsi: Ukrayna ordunu bu əraziyə toplayır - Kiyevin planı nədir?
Ukrayna Silahlı Qüvvələri (AFU) ehtiyat hissələrin Kursk vilayətinə köçürülməsinə qərar verib.
Publika.az xəbər verir ki, bu barədə “Axmat” xüsusi təyinatlı qüvvələrinin “Press” birləşmiş artilleriya qrupunun komandiri məlumat verib.
Onun sözlərinə görə, Ukrayna əks-hücuma keçmək üçün ehtiyatdan istifadə etmək istəyir. Belə ki, sərhəd bölgəsində hazırda Ukrayna Silahlı Qüvvələri bütün mövcud qüvvə və ehtiyatlardan istifadə edir.
"Bütün piyada döyüş maşınları xarici istehsaldır”, - komandir deyib.
Hərbçinin verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələri Şimal qoşun qrupunun mövqelərinə hücum etməyə cəhd etsə də, uğursuz alınıb.
Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Aleksey Çepa “Lenta.ru” ilə söhbətində Ukrayna ordusunun hərəkətlərini şərh edib. Onun sözlərinə görə, Ukrayna hakimiyyəti hər hansı ərazi müzakirələri olacağı təqdirdə Kursk vilayətini alver obyekti hesab edir.
“Onların vəzifəsi bir tərəfdən Ukrayna Silahlı Qüvvələrinin imkanlarını nümayiş etdirməkdir. Digər tərəfdən, onlar hesab edirlər ki, hər hansı danışıqlar olacağı təqdirdə Kursk vilayəti sövdələşmə obyekti olsun. Müəyyən ərazi müzakirələri olarsa, bundan istifadə edəcəklər. Ona görə də onlar Kursk vilayətinə çox diqqət yetirirlər”, - Çepa deyib.
Tural
-
Hadisə17:33Kamran Əsədov həbs edildi - Məhkəmə zalında
-
Rəsmi xronika17:14Şeyx Zayed Fondu İlham Əliyev haqqında paylaşım etdi
-
Avropa17:11Ölümcül ssenari: Avropa üç illik xaosa hazırlaşır
-
Dünya16:38Aralıq dənizində gərginlik: İki ölkə Rusiyaya qarşı əməliyyat keçirdi
-
Nida Xəbər 15:32Alyona Əliyeva Arzu Əliyevanı belə təbrik etdi - FOTO
-
Nida Xəbər 15:18Mədət Quliyevlə Zəhra ayrıldı
-
Magazin114:54Alim Qasımovdan nəvəsinin toyda dediklərinə - REAKSİYA
-
Elm və təhsil13:26Tələbə kreditləri üçün müraciət tarixi açıqlandı





















.jpg)




.jpg)









