"Real"ı tərk edir? - Premyer Liqa klublarından təkliflər var
Bizi izləyin

İdman

"Real"ı tərk edir? - Premyer Liqa klublarından təkliflər var

"Real"ın cinah oyunçusu Brahim Dias yaxın gələcəkdə klubunu dəyişə bilər.

Publika.az xəbər verir ki, bu barədə "Fichajes.net" məlumat yayıb.

26 yaşlı mərakeşli hücumçu ilə iki İngiltərə klubu – “Aston Villa” və “Sanderlend” maraqlanır. Madrid təmsilçisinə gələn təkliflər təxminən 60 milyon avroya çatır. Bunlardan 45 milyon avro birbaşa ödənilə bilər, qalan 15 milyon isə bonus formasında nəzərdə tutulub.

Maraqlıdır ki, "Transfermarkt" portalı Brahimin bazar dəyərini 35 milyon avro olaraq qiymətləndirir.

Qeyd edək ki, Diasın İspaniya nəhəngi ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Lakin oyunçu Madriddən daha erkən ayrılmağa meyllidir, çünki “kral klubu”nda kifayət qədər oyun təcrübəsi qazanmır.

Cari 2025/26 mövsümündə Dias 18 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.

Xatırladaq ki, Məarkeş millisinin üzvü 2019-cu ildən “Real”ın formasını geyinir, lakin İtaliyada “Milan”a icarəyə göndərildiyi dövrlər olub. Madrid klubunda Brahim Dias ümumilikdə 139 matç keçirib, 21 qol vurub və 23 assist edib.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm