MDB
4 saata yaxın davam edən Putin-Uitkoff görüşü başa çatdı - YENİLƏNDİ
Rusiya Prezidenti Vladimir Putin ilə Ağ Evin xüsusi elçisi Stiv Uitkoff arasında Kremldə keçirilən görüş başa çatıb.
Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, danışıqlar 3,5 saatdan çox davam edib.
Rusiya dövlət başçısı 22 yanvar axşamı Amerika nümayəndə heyəti ilə görüşüb. ABŞ Baş Xidmətlər Administrasiyasının Federal Satınalma Xidmətinin komissarı Coş Qruenbaum danışıqlarda ilk dəfə iştirak edib.
Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov və Rusiya liderinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Amerika nümayəndə heyəti ilə görüşdə iştirak ediblər.
xxx
01:11
Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkof arasında danışıqlar başlayıb.
Publika.az xəbər verir ki, bu barədə Kremlin "Telegram" kanalında məlumat verilib.
Uitkoffun təyyarəsi 22 yanvar axşamı Moskvanın Vnukovo hava limanına eniş edib. Danışıqlarda Trampın kürəkəni Cared Kuşner də ona qoşulacaq .
Putin dondurulmuş Rusiya aktivlərini Uitkoff və Kuşnerlə müzakirə edəcəyini açıqlayıb.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov əsas müzakirə mövzusunun Ukraynadakı münaqişənin həlli olacağını bildirib. Lakin Kremlin sözçüsü söhbətin digər əlaqəli mövzular ətrafında da davam edəcəyini istisna etməyib.
Hüseyn İbadlı
-
Köşə11:54Başqasının həyatına ağlamaq: Ekranın sehrli təsəllisi
-
Sosial11:10Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıtdı - FOTO
-
İqtisadi gündəm09:30Dünya qiymət artımından danışır - Qışda bahalaşacaq ərzaqların SİYAHISI
-
İqtisadi gündəm08:49Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır
-
İdman07:55"Formula 1" onuncu dəfə Bakı küçələrində - Bu gün
-
İdman07:15Maradona işi ilə bağlı gözlənilməz iddia: Ölümünün səbəbi bu ola bilər
-
Hadisə06:46Xəbərdarlıq: Bu gün Günəşdə güclü partlayışlar gözlənilir
-
Sosial04:30Bakıda 200-dən çox ev sökülür: ərazidən sürət qatarı keçəcək - Video







































