Rusiya Qərbin xüsusi xidmət orqanlarının planından xəbər tutdu: 9 mayda...
Bizi izləyin

MDB

Rusiya Qərbin xüsusi xidmət orqanlarının planından xəbər tutdu: 9 mayda...

Rusiyada qələbənin ildönümünün geniş şəkildə qeyd edilməsinə mane olmaq cəhdləri Qərbin xüsusi xidmət orqanları və diplomatlarının prioritet vəzifələrindəndir.

Publika.az xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib.

Narışkin vurğulayıb ki, Xarici Kəşfiyyat Xidməti artıq beynəlxalq və xarici liderlərin Qələbənin 80-ci ildönümünün qeyd edilməsində iştirakını pozmaq cəhdlərini görür.

Xarici kəşfiyyat rəhbərinin sözlərinə görə, bu cür planların son məqsədi Rusiyanı beynəlxalq arenada təcrid etmək xəyallarıdır. "Ancaq təbii ki, onlar buna nail olmayacaqlar", - deyə Narışkin yekunlaşdırıb.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm