Heyrətamiz eşq hekayəsi: Suares ona qovuşmaq üçün görün nələr edib - FOTOLAR
Bizi izləyin

İdman

Heyrətamiz eşq hekayəsi: Suares ona qovuşmaq üçün görün nələr edib - FOTOLAR

"İnter Mayami"nin ulduz futbolçusu Luis Suares uzun fasilədən sonra gündəmə gəlib.

Publika.az xəbər verir ki, o, bu dəfə həyat yoldaşı Sofia Balbi ilə uzun illərdir yaşadığı sevgi hekayəsi ilə diqqət mərkəzinə düşüb. "Footy Emporium" sadiq cütlüyün 23 ildir davam edən macarəsı haqqında yazı dərc edib:

"Uruqvayın ən güclü klublarından biri olan “Nasional”ın akademiyasına qəbul olmasına baxmayaraq, Luisin peşəkar futbolçu olmaq üçün kifayət qədər motivasiyası yox idi. Gecələr gəzir və tam yoxsulluq içində yaşayırdı. Sofiya Balbinin həyatına daxil olması ilə hər şey dəyişdi. Luis ona aşiq oldu.

Ancaq bir müddət sonra qızın ailəsi Avropaya, Barselonaya köçdü. Bununla onların sevgisi daha da alovlandı.

Luis Barselonaya uçmaq üçün qardaşından pul istədi. Lakin sevgilisini orada tapa bilmədi. Bundan sonra o, Avropaya köçmək eşqi ilə yaşadı. Çünki Sofiya ilə yenidən bir araya gəlmək üçün başqa fürsəti olmayacaqdı. Buna görə üzərində işləməyə başladı.

Və belə də oldu. Niderlandın "Qroningen" klubuna transfer olunduqdan sonra Sofiya onun yanına köçdü və o vaxtdan Luis Suares heyrətamiz bir karyera qurdu.

Cütlüyün hazırda üç övladı var. Onlar qalmaqallardan uzaq, sakit həyat yaşayırlar".

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm