MDB
Stalin BMT-nin baş qərargahını bu şəhərdə yerləşdirmək istəyirmiş...
Sovet lideri İosif Vissarionoviç Stalin BMT-nin baş qərargahının Soçidə yerləşdirilməsi təklifini irəli sürüb.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakından sonra keçirilən mətbuat konfransında məlumat verib.
"Bir əfsanə var ki, ilk dəfə qlobal təşkilatın yaradılması zərurəti ilə bağlı danışıqlar gedəndə İosif Vissarionoviç BMT-nin baş qərargahının Soçiyə gətirilməsi üçün fəal lobbiçilik edirdi", - o deyib.
1946-cı ildə Nyu-York rəsmi olaraq BMT-nin Baş Qərargahının yeri olaraq seçilib. BMT-nin qərargahının ABŞ -da yerləşməsi dünya təşkilatı ilə Vaşinqton arasında Baş Assambleya tərəfindən 31 oktyabr 1947-ci ildə qəbul edilmiş saziş (169 saylı qətnamə) ilə tənzimlənir .
Bundan əvvəl Kolumbiya Prezidenti Qustavo Petro BMT qərargahının Nyu-Yorkdan köçürülməsinə çağırıb. O, BMT Baş Assambleyasında iştirak edən prezidentlərin tam toxunulmazlıqdan istifadə etdiyini vurğulayıb.
Hüseyn İbadlı
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO



































.jpg)



