MDB
Əsgərlər 2 ay ac-susuz necə sağ qalıblar? - General sirri açdı
Zaporojyedə döyüşlər zamanı yanmış tankın altında iki ay gizlənərək sağ qala bilmiş iki rus əsgəri xarici KİV-in gündəmindən düşmür.
Publika.az xəbər verir ki, Aif.ru saytına müsahibə verən əməkdar hərbi pilot, general-mayor Vladimir Popov deyib ki, bu cür hadisələr yalnız əsgərin cəsarəti və təslim olmaq istəməməyi sayəsində mümkün olur.
General qeyd edib ki, əsgərlər “boz zona” adlanan ərazidə olublar və hər iki tərəfdən atəşə məruz qalan bir arzuolunmaz məkanda tapılıblar: "Buna baxmayaraq, əsgərlər tankın altından düşməni müşahidə də ediblər. Onlar düşmən haqqında məlumat verərək ümumi işə töhfə verə biliblər".
Popovun fikrincə, əgər pilotsuz təyyarələr onlara qida vasitələri atıbsa və bu yetərli olmasaydı, əsgərlər kənara çıxıb yemək axtara bilərdi. General güman edib ki, əsgərlər mükafatlara namizəd olacaqlar.
Xatırladaq ki, bir neçə gün öncə hərbi müxbir Vladimir Romanov özünün Telegram kanalında iki ay yanmış tankın altında gizlənərək sağ qala bilmiş rus əsgərlərinin ağır durumunu əks etdirən video paylaşmışdı. Görüntülərdə əsgərlərin olduqca yorğun, hisə batmış, qaralmış bədənləri aşkr görünür. Onlar Ukrayna qüvvələrinin davamlı hücumları səbəbindən məcburi sığınacaqlarını tərk edə bilmədiklərini bildiriblər. Qida ləvazimatları vaxtaşırı pilotsuz təyyarələr tərəfindən atılıb.
Tural
-
Qoroskop01:20Günün ulduz falı: bu addımlar sizə qazanc gətirəcək
-
İdman22 Aprel 22:24“Sabah”-“Qarabağ” görüşündən sonra dava düşdü - Video
-
ABŞ22 Aprel 22:14Onlar edam edilməyəcək - Tramp İrana təşəkkür etdi
-
Nida Xəbər 22 Aprel 20:24Azərbaycanda hərbi xidmətdən yayınmaya görə cəzalara yenidən baxılacaq
-
Elm və təhsil22 Aprel 20:1210 gün dərs olmayacaq - Tarixlər
-
Sosial22 Aprel 19:15Bu xəstəxananın tikintisində külli miqdarda mənimsəmə olub
-
Kriminal22 Aprel 18:20Azərbaycanda 30 il əvvəl törədilmiş qətlin üstü açıldı - Meyiti boruda gizlədiblər
-
Qoroskop22 Aprel 17:49Dünya xəritəsi yenidən çəkiləcək, bu ölkələr... - Məşhur ekstrasensdən sensasiyalı proqnoz























.png)














