MDB
Pensiyaçılara xəbərdarlıq edildi: Yanvarın 1-də sürpriz gözlənilir
2026-cı ildə Rusiya pensiyaçıları adi pensiya indeksasiya prosedurunda dəyişikliklə üzləşəcəklər.
Publika.az xəbər verir ki, yanvarın 1-dən etibarən ödənişlər birdəfəlik artırıla bilər. Bu barədə “RİA Novosti” Rusiya Əmək Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
Nazirlik izah edib ki, əvvəlki çoxmərhələli plandan uzaqlaşır.
“Keçən il olduğu kimi, pensiyaların erkən indeksləşdirilməsi ilə bağlı qərar qəbul edilib: fevralın 1-də faktiki inflyasiya əsasında deyil, Sosial Fondun gəlirləri əsasında, yanvarın 1-də inflyasiyadan yüksək həddə”, - nazirliyin açıqlamasında bildirilir.
Bu addım 2025-ci ilin əvvəlində yaradılmış təcrübəni davam etdirir. Xatırladaq ki, ilkin olaraq 7,3% artım nəzərdə tutulsa da, prezident Vladimir Putinin şəxsi göstərişinə əsasən sığorta pensiyaları sonradan geriyə doğru, yanvarın 1-dən etibarən 9,5% indeksləşdirilib.
Eyni zamanda, Putin müvafiq əlavə ödənişin fevral ayında pensiyaçılara köçürülməsi üçün yanvarın 1-dən etibarən ödənişlərin yenidən hesablanmasını istəyib. Qeyd edək ki, artım təkcə işləməyən pensiyaçılara deyil, həm də 2016-cı ildən bu yana ilk indeksasiya olan işləyən pensiyaçılara da təsir edib. Bundan başqa, prezidentin təklifi ilə sosial ödənişlər, müavinətlər və hərbi pensiyalar 9,5% indeksləşdirilib.
-
MDB19:24İş adamı Ermitajda taxt-tacı ələ keçirdi, polisi bıçaqla hədələdi - VİDEO
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO



































.jpg)



