MDB
Putin bu qubernatoru işdən çıxardı və...
Rusiya prezidenti Vladimir Putin Tver vilayətinin qubernatoru İqor Rudenyanı vaxtından əvvəl vəzifəsindən azad edib.
Publika.az xəbər ki, onun vəzifədən azad edilməsi haqqında sərəncam Kremlin saytında dərc olunub.
Sənəd sentyabrın 29-da imzalandıqdan sonra qüvvəyə minib. "Tver qubernatoru “başqa vəzifəyə keçməsi ilə əlaqədar öz xahişi ilə” istefa verib", - deyə məlumatda bildirilib.
Dövlət başçısı digər sərəncamla Rudenyanı özünün Şimal-Qərb Federal Dairəsində səlahiyyətli nümayəndəsi təyin edib.
Qeyd edək ki, İqor Rudenya 2016-cı ildən Tver vilayətinə rəhbərlik edir və 2021-ci ildə yenidən bu vəzifəyə seçilib. Bundan əvvəl o, “Roskhlebprodukt” və “Roszern” şirkətlərində rəhbər vəzifələrdə çalışıb, həmçinin Rusiya hökumətində Aqrar Sənayenin İnkişafı Departamentinin rəhbəri və Sektorun İnkişafı Departamentinin direktor müavini vəzifələrində çalışıb.
Adəm
-
Nida Xəbər 17:48Ukrayna Baş nazirinin müavini Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:40Mavriki Prezidenti Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 17:17D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana gəldi
-
Hadisə16:44Çavuşoğlunun qardaşı həyatını itirdi
-
Nida Xəbər 16:37Liviyanın Prezident Şurasının Sədri Azərbaycana səfərə gəldi
-
Nida Xəbər 15:49Bolqarıstan Prezidenti Azərbaycana səfərə gəldi
-
Hadisə15:40Bakı Olimpiya Stadionunda Azərbaycanın və BMT-nin bayraqları qaldırıldı - FOTO
-
Hadisə15:00“Sumqayıt Elektrik Şəbəkəsi”nin rəisi vəzifəsindən azad olundu

















.jpg)


















.jpg)



